BakuJobs
Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur

Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur

Alimlər biomexanik analizlər vasitəsilə sübut ediblər ki, çənə əslində çeynəmə və ya danışma zamanı yaranan gərginliyi azaltmaqda heç bir mühüm rol oynamır. Araşdırmaya görə, çənə təkamülün yan məhsuludur.

October 19, 20261 views

İnsanlar yer üzündə çənə çıxıntısı olan yeganə canlı növüdür. Hətta ən yaxın qohumlarımız sayılan şimpanzelərin və qoranqutanların belə alt çənə sümükləri geri doğru meyillidir və bizimki kimi irəli çıxan bir ucluqları yoxdur. Ayova Universitetinin alimləri bu anatomik xüsusiyyətin niyə var olduğunu araşdırıblar.

Milli.Az xəbər verir ki, uzun müddət elm dünyasında çənənin varlığı ilə bağlı iki əsas nəzəriyyə hakim idi:

Çeynəmə mexanizmi: Çənənin çeynəmə zamanı yaranan fiziki gərginliyi azaltmaq üçün inkişaf etdiyi düşünülürdü.

Danışıq qabiliyyəti: Danışarkən dil və ağız əzələlərinin hərəkəti nəticəsində yaranan mexaniki təzyiqi qarşılamaq üçün bu çıxıntının yarandığı iddia edilirdi.

Alimlər biomexanik analizlər vasitəsilə sübut ediblər ki, çənə əslində çeynəmə və ya danışma zamanı yaranan gərginliyi azaltmaqda heç bir mühüm rol oynamır.Əksinə, bəzi hallarda bu çıxıntı gərginliyi daha da artıra bilir.

Bəs elə isə çənə niyə yarandı? Araşdırmaya görə, çənə təkamülün yan məhsuludur.

İnsan təkamül etdikcə üz quruluşu daha da kiçilib və geri çəkilib.

Üz sümükləri kiçilərkən alt çənə sümüyünün ön hissəsi digər hissələrə nisbətən daha yavaş dəyişib. Nəticədə, üz geri çəkildiyi halda, alt çənənin ucu bir növ "artıq" olaraq ortada qalıb və bugünkü çənə çıxıntısını formalaşdırıb.

Lalə Qüdrətova
Milli.Az

Mənbə: Milli.Az

Müəllif haqqında

BakuJobs

BakuJobs

Rəsmi