BakuJobs

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Xarici ticarət əlaqələri haqqında 12.11.2026, 12:00 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul i

November 13, 20267 views

Xarici ticarət əlaqələri haqqında

12.11.2026, 12:00

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.

2026-cı ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 38898,5 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 12206,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artıb, real ifadədə isə 14,7 faiz azalıb.

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Müəllif haqqında

BakuJobs

BakuJobs

Rəsmi