BakuJobs
Deputatdan İncəsənət Universitetinin qərarına sərt reaksiya: "Haqq verirəm, amma..."

Deputatdan İncəsənət Universitetinin qərarına sərt reaksiya: "Haqq verirəm, amma..."

Milli Məclisin deputatı Vüqar İsgəndərov İncəsənət Universitetinin “TikTok” sosial şəbəkəsində video yayımlayan tələbəni universitetdən xaric etməsinə münasibət bildirib. O, universitetin qərarını həm haqlı, həm də haqsız hesab edir.

October 19, 20261 views

“İncəsənət Universitetinin bu addımına bir tərəfdən haqq vermək olar, digər tərəfdən isə yox.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

media-54a8fb38-52ab-4804-b4a7-402f144ca00f

Deputat İncəsənət Universitetinin “TikTok” sosial şəbəkəsində video yayımlayan tələbəni universitetdən xaric etməsinə reaksiya verib:

“Tələbəni universitetdən xaric etməklə universitet ən sonuncu addıma getdi. Burada təbii ki, ictimai rəy, üzərlərinə gələn təzyiq, məsələnin çox hallandırılması artıq universitetin radikal addım atmasına gətirib çıxardı. Universitet bu addımı atmaqla narazılıqların sakitləşməsini və insanların bu problemin həll olunduğuna əmin olmasını istədi.Əslində, bu məsələyə bir neçə tərəfdən baxmaq olar. Radikal baxsaq, digər tələbələrin tərbiyə olunması və onlara çəkindirici dərs olması baxımından baxa bilərik. Bir nəfər haqqında ciddi ölçü götürüldü və digərləri də bundan örnək götürüb belə addım atmasınlar. Bu, həll yoludurmu? Bəlkə də, onlar bunu işıqlandırmasaydılar, bütün cəmiyyət xəbərdar olmayacaqdı. Digər tərəfdən, hansısa görüntü işıqlandırılıbsa, bu o demək deyil ki, hadisə yeni yaşanıb. Sırf bu görüntü işıqlandırıldı deyə bu addım atıldı. Bu o deməkdir ki, məsələnin kökündə nə var? Belə aydın oldu ki, universitetlərdə belə problemlər mövcuddur. Bu hadisə İncəsənət Universitetində baş verdiyi üçün məhz bu təhsil ocağının adı hallandı, amma başqa universitetlərdə də baş verə bilər və ya baş verir”.

Deputat qeyd edib ki, mütləq şəkildə tələbələrlə maarifləndirici söhbətlər aparılmalı, onlara yanlış addımların törədə biləcəyi problemlər xatırladılmalıdır:

“Düşünürəm ki, tələbələrlə pedaqoqlar, müəllimlər məşğul olmalıdır – həm dərs vaxtı, həm də dərddən əlavə. Onlarla maarifləndirmə işləri aparılmalı, belə addımların yolverilməz olduğunu hər bir tələbə cins fərqi qoymadan bilməlidir.Əgər bir universitet belə məsələləri kökündən həll etmək üçün radikal addım atırsa, bu məsələdə onlara haqq verirəm. Ona görə ki, bu addım digər universitetlərin tələbələrinə nümunə olacaq və belə halların qarşısının alınmasına kömək edəcək. Digər tərəfdən isə unutmaq olmaz ki, tələbəni xaric etmək problemin mütləq həll yolu deyil. Məsələyə köklü baxılmalı, bundan sonra heç bir universitetdə belə hallar baş verməməsi üçün hər bir rəhbərlik tələbələrlə iş aparmalı, onların tərbiyəsi və davranışları ilə bağlı maarifləndirmə tədbirlərini daim diqqətdə saxlamalıdır”

Nurlan Cəfəri

Mənbə: Yeni Çağ