BakuJobs
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi

Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi

Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Hüquq elmləri" bölməsinə yeni ixtisaslar əlavə olunub.

October 19, 20261 views

Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarla təsdiqlənmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın "56. Hüquq elmləri" bölməsinə yeni ixtisaslar əlavə olunub.

Dəyişikliyə əsasən, doktorantura səviyyəsində aşağıdakı yeni hüquq ixtisasları yaradılıb:

Ədalət mühakiməsi hüququ;
Hava hüququ və hava məkanının təhlükəsizliyi; Mədəniyyət hüququ.

Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və hüquq elmləri üzrə doktorantura ixtisaslarının əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.Az