ana səhifə / iş axtarışı ✍️ BakuJobs Team 📖 2 dəqiqə oxuma

Düzgün Peşə Seçimi və Hazırlığı

Düzgün Peşə Seçimi və Hazırlığı
duzgun-pese-secimi-ve-hazirligi

Düzgün Peşə Seçimi və Hazırlığı

Təhsil ilə karyeranın əlaqəsi haqqında olan məqaləmizdə peşə seçimi ilə bağlı qısa bir məlumat vermişdik. Bu məqaləmizdə isə peşə seçimini və seçdiyiniz peşəyə hazırlığın üsullarını daha ətraflı sizə çatdıraraq bu prosesdən daha rahat və faydalı keçə bilməyinizə çalışacağıq.

Peşəyə hazırlıq həmin peşənin təhsilini almaqla başlayır. Bu baxımdan peşə seçimi və təhsil bir-birilə qarşılıqlı əlaqədədir. Təhsil seçiminizi düzgün etmədinizsə, peşə seçimində və karyera yolunda imkanlarınız məhdud olacaq. Bu səbəbdən də ixtisasları üzrə çalışmayan şəxslərin sayı əmək bazarında günbəgün artır.

Kədərli hallardan biri də odur ki, hər hansı bir ixtisas üzrə təhsil almış şəxslər ixtisası üzrə yox, xidmət sahəsində və ya digər işlərdə işləməli olurlar. Bu səbəbdən təhsilinizə başlamazdan öncə ixtisas seçimi edərkən gələcəkdə bu peşədə çalışmaq istədiyinizdən əmin olun.

Peşə seçimində özünüzün dəyərlərinizi, maraqlarınızı, bacarıqlarınızı və qabiliyyətlərinizi müəyyən edib, ona uyğun dəyərləndirmə etməlisiniz.

Əsas Suallar və Özünü Tanıma

Bu zaman qarşınıza çıxacaq suallardan biri “Yeni bir karyera istiqaməti seçirsinizsə, bu peşənin hansı dəyərlərinizi əks etdirməsini istəyirsiniz?” sualıdır. İnsanları bir birindən fərqləndirən xüsusiyyətlərdən biri dəyərlərdir. Məsələn, əgər siz yenilikçi biri deyilsinizsə, dizayner ola bilməzsiniz.

Digər bir sual isə “Əgər vəzifədə irəliləyiş axtarırsınızsa, hansı maraq və bacarıqlarınız bu yolda inkişaf etməyinizə kömək edəcək?” sualıdır. Bir peşəyə sadəcə başlamağı deyil, həm də bu vəzifədə irəliləyə bilmə imkanını düşünməlisiniz.

Nəticə olaraq bu sualların cavabı özünüzü hansı dərəcədə tanımağınızdan asılıdır. Əgər özünə əminlik həddindən çoxdursa, cavabınız sizin seçəcəyiniz peşədəki gələcək fəaliyyətinizin nəticəsi ilə zidd ola bilər.

Hazırlıq Mərhələsi

Əgər siz bu suallarınıza cavab tapdınızsa, artıq həmin peşə üçün hazırlıq etmək olar. Əgər təhsilinizi yeni başa vurmusunuzsa, əmin olun ki, ilkin başlanğıc olaraq peşənizə uyğun aşağı vəzifəli işlərə müraciət etdiyiniz zaman insan resursları mütəxəssisi sizin işi necə görə bildiyinizi yox, nəzəri bilik və fərdi keyfiyyətlərinizi dəyərləndirəcəkdir.

Bu baxımdan ilk öncə təhsil alarkən ixtisas fənlərini daha yaxşı mənimsəməyə çalışın. Qeyri-ixtisas fənləri isə sizin dünyagörüşünüzü formalaşdıracaqdır. Təcrübə proqramlarından yararlanmağa çalışın. Bu sizin həmin peşə üzrə hazırlaşmağınızda əhəmiyyətli rol oynayacaqdır.

Təcrübə proqramları sizdə iş mühitinə alışma vərdişini də aşılayacaqdır. Buna görə də özünüzdə karyeraya hazır bir zehniyyət yetişdirin. Çünki, həmin peşəyə tam hazır olduğunuz özünüzdə bu düşüncəni yaratmaqla yekunlaşacaqdır.

Mənbə: Bakujobs.az bloq redaksiyası

B

BakuJobs Team

BakuJobs Blog Yazarı