BakuJobs
İran Omanla dil tapdı - Hörmüzdə təhlükə olmayacaq?

İran Omanla dil tapdı - Hörmüzdə təhlükə olmayacaq?

İran və Oman Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və tezliklə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

October 19, 20261 views

Oman və İran Hörmüz boğazında təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və tezliklə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İRNA agentliyi Baqainin sözlərini sitat gətirib:

“İran və Oman arasında məsləhətləşmə prosesi uğurla davam edir. Hörmüz boğazında təhlükəsiz ikitərəfli marşrutların coğrafi koordinatları barədə razılığa gəlməklə yanaşı, hər iki tərəf bu məsələnin müvafiq beynəlxalq quruma necə təqdim ediləcəyi barədə razılığa gəlib".

O əlavə edib ki, plan "yaxın gələcəkdə" təqdim olunacaq.

Müəllif: Tural

Mənbə: Publika.Az

Müəllif haqqında

BakuJobs

BakuJobs

Rəsmi