BakuJobs

Milli Kitabxana köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır

Mirzə Fətəli Axundov adına Milli Kitabxana öz arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyası bir saytda toplanacaq.

October 19, 20261 views

Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu barədə məlumatı Modern.az-a Milli Kitabxananın direktoru Kərim Tahirov verib. O, qeyd edib ki, görülən işlər sayəsində bir sıra köhnə qəzet və jurnalların elektron versiyası artıq hazırdır: “Hazırda Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Burda arxiv nəşrlərin bütün variantları öz əksini tapacaq. Hansısa bir materialı oxumaq üçün qəzetlərin hamısına bir-bir baxmalı olursan. Ancaq bu layihədə ayın tarixini yazıb axtarış verməklə istənilən materialı tapmaq olacaq”. K.Tahirov layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyasının bir saytda hazırlanacağı qeyd edib. Bundan başqa, Milli Kitabxanada arxivdə qalan köhnə kitabların da elektron versiyası hazırlanır.

 

Mənbə: Modern.az

Müəllif haqqında

BakuJobs

BakuJobs

Rəsmi