BakuJobs
Moskvada polis maşını partladıldı: ölənlər var

Moskvada polis maşını partladıldı: ölənlər var

İlkin məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub, 2 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Polis əməkdaşları üzərinə baxış keçirmək üçün ona yaxınlaşmaq istəyiblər. Bu zaman şübhəlinin əlindəki çantada olan partlayıcı işə düşüb.

October 19, 20261 views

09:07

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub, 2 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd olunub ki, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb.

Digər bir versiyaya görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.

Faktla bağlı cinayət işi başlanıb, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və axtarışı aparılır.

***

Rusiya İstintaq Komissiyasının məlumatına görə, partlatyış nəticəsində 3 nəfər ölüb. Ölənlərdən 2-si polis əməkdaşlarıdır. Digər ölən şəxsin isə partlayışı törədən olduğu bildirilir.

Polis əməkdaşları üzərinə baxış keçirmək üçün ona yaxınlaşmaq istəyiblər. Bu zaman şübhəlinin əlindəki çantada olan partlayıcı işə düşüb. Partlayış nəticəsində həm polis əməkdaşları, həm də naməlum şəxs ölüblər.

Mənbə: Axar.Az