BakuJobs
Qlosterdə mağaza binasının altından 317 SKELET TAPILDI

Qlosterdə mağaza binasının altından 317 SKELET TAPILDI

Böyük Britaniyanın Qloster şəhərindəki keçmiş univermağın yerində qazıntılar zamanı 317 skelet aşkar edilib. Qalıqlar son orta əsrlərə aiddir. Skeletlərdən başqa, qazıntılar zamanı müxtəlif əşyalar da tapılıb.

October 19, 20261 views

Böyük Britaniyanın Qloster şəhərindəki keçmiş univermağın yerində qazıntılar zamanı 317 skelet aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.

Qalıqlar hazırda yerli universitet şəhərciyinin tikildiyi keçmiş Debenhams univermağının yerində aşkar edilib. Skeletlər son orta əsrlərə aiddir. Bundan əvvəl ərazidə Qədim Romaya aid 83 dəfn tapılmışdı.

Qazıntı direktoru Kliff Beytmanın sözlərinə görə, Qloster arxeoloqlar üçün inanılmaz dərəcədə əhəmiyyətli bir yerdir, çünki orada hər zaman kəşflər edilir.

Skeletlərdən başqa, qazıntılar zamanı müxtəlif əşyalar, o cümlədən tütün borusu və şərab şüşəsinin parçaları aşkar edilib.

Hüseyn İbadlı

Mənbə: Publika.Az