BakuJobs
Taliban Kabildə gözəllik salonlarını bağlayır

Taliban Kabildə gözəllik salonlarını bağlayır

Məlumata görə, qadınlara qarşı sərt məhdudiyyətlərin davamı olaraq Kabildə yüzlərlə gözəllik salonu bağlanıb. “Taliban Kabildə binalara basqın edir, gözəllik salonlarını məhv edir və ya avadanlıqlarını müsadirə edir. Bu da burada çalışan qadınların iqtisadi həyatına ciddi zərbə v

October 19, 20261 views

Taliban hökuməti Kabildəki gözəllik salonlarını kütləvi şəkildə bağlayır.

Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.

Məlumata görə, qadınlara qarşı sərt məhdudiyyətlərin davamı olaraq Kabildə yüzlərlə gözəllik salonu bağlanıb.

“Taliban Kabildə binalara basqın edir, gözəllik salonlarını məhv edir və ya avadanlıqlarını müsadirə edir. Bu da burada çalışan qadınların iqtisadi həyatına ciddi zərbə vurub”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Kabildə gözəllik salonlarında 60 minə yaxın qadın işləyirdi.

Mənbə: Axar.Az

Müəllif haqqında

BakuJobs

BakuJobs

Rəsmi