BakuJobs
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşlara müraciət edərək yol kənarındakı qoruyucu torların zədələnməsinin yaratdığı ciddi təhlükə barədə xəbərdarlıq edib. Bu torlar heyvanların yola çıxmasının qarşısını alaraq yol hərəkəti təhlükəsizliyini təmin edir.

October 19, 20261 views

Bakı. Trend:

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində deyilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır",-deyə məlumatda bildirilir.

Mənbə: Trend.Az