BakuJobs

Obyektlərin istismarı və texniki xidməti üzrə menecer

Absheron Hospitality Group MMC
BakıOct 120 baxış

Vakansiya təsviri

“Absheron Hospitality Group” MMC “Obyektlərin istismarı və texniki xidməti üzrə menecer” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • Müəssisənin balansında olan bina, tikili, inzibati və digər təyinatlı obyektlərin texniki istismarını təşkil etmək və onların işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Obyektlərin elektrik təchizatı, su təchizatı və kanalizasiya, istilik, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis-kommunikasiya sistemlərinin istismarına nəzarət etmək;
  • Obyektlərin və texniki avadanlıqların vəziyyətini mütəmadi yoxlamaq, texniki baxışların keçirilməsini təşkil etmək, aşkar edilmiş nasazlıqların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
  • Binaların, tikililərin, mühəndis sistemlərinin və avadanlıqların profilaktik, planlı və cari təmir işlərinin qrafiklərini hazırlamaq, icrasını təşkil etmək və nəticələrinə nəzarət etmək;
  • Obyektlərdə texniki xidmət və təmir işlərinin görülməsi üçün tələb olunan texniki sənədlərin, istismar təlimatlarının, baxış aktlarının, nasazlıq qeydlərinin və digər müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
  • Obyektlərin gündəlik istismarı ilə əlaqədar digər struktur bölmələrdən daxil olan müraciətlərin və texniki problemlərin qeydiyyatını, prioritetləşdirilməsini və vaxtında həllini təşkil etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətini təşkil etmək, onların iş bölgüsünü aparmaq, işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək və işçilərin peşəkar inkişaflarına dəstək göstərmək;
  • Obyektlərin istismarı ilə bağlı riskləri müəyyən etmək, mümkün qəza və fəaliyyət fasilələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilində iştirak etmək;
  • Obyektlərin istismarı və texniki xidməti ilə bağlı rəhbərlik tərəfindən verilən, vəzifənin məqsəd və funksiyalarına uyğun olan digər tapşırıqları yerinə yetirmək

Vəzifə üzrə əsas tələblər

  • Müvafiq sahədə 5 il iş təcrübəsinin olması;
  • Bina və tikililərin texniki istismarı, saxlanılması və təmiri üzrə prinsip və qaydaları bilmək;
  • Texniki xidmət və təmir büdcəsinin hazırlanması, xərclərin planlaşdırılması və optimallaşdırılması üzrə prinsipləri bilmək;
  • Ehtiyat hissələrinin, texniki avadanlıqların və istismar materiallarının satın alınması, saxlanılması və istifadəsinin idarə edilməsi prinsiplərini bilmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitariya-gigiyena üzrə müvafiq normativ tələbləri bilmək;
  • Effektiv idarəetmə və qərar qəbul etmə bacarığının olması;
  • Analitik düşünmə və məlumatların təhlili bacarığının olması;
  • Komanda idarəetməsi və liderlik bacarıqlarının olması;
  • Problemlərin həlli və böhran vəziyyətlərinin idarə edilməsi bacarığının olması;
  • Vaxtın və resursların səmərəli idarə olunması bacarığının olması;
  • Rus və ya İngilis dili biliklərinin olması;
  • Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığı;

Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: JobSearch

Oxşar vakansiyalar