Proqram inzibatçısı
Vakansiya təsviri
Tələblər:
- Ali təhsil (texniki sahə);
- İş təcrübəsi 2-3 il;
- Azərbaycan dili, İngilis dili arzu olunandır;
- Socket, Network and Protocol programming üzrə biliklər, C#, Git üzrə təcrübə, NET environment and .NET Core Stack texh - (e.g. ASĞNET/MVC, WCF, .NET REMOTING, WEB API, SIGNALR, WPF, Entity Framework) üzrə təcrübə;
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü, kommunikasiya bacarıqları:
Vəzifə öhdəlikləri:
- Tətbiqi proqramın yazılması üçün lazım olan informasiyanı toplamaq və təhlil etmək;
- Rəqəmsal biznes həllərinin yaradılması üzrə layihələrdə iştirak etmək və layihə üzrə tapşırıqları yerinə yetirmək;
- Proqram kodunun təhlükəsiz yazılması üçün kodlaşdırma üzrə təhlükəsizlik çərçivələrindən, standartlardan istifadə etmək;
- Rəqəmsal həllərin inkişafı və məhsuldarlığının artırılması üçün təkliflər vermək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
- Mövcud məlumat bazaları strukturunu və cari vaxtadək yazılmış proqram kodlarını mənimsəmək, kodlara texniki baxış (code review) keçirmək, təkmilləşdirmək:
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Proqram inzibatçısı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch