Vakansiya təsviri
Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi axtarışını elan edir.
Vəzifə borcları:
- Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək;
- İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak etmək;
- Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
- Təhlükəsizlik insidentlərinin aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
- Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqə qurmaq;
- Əməkdaşların informasiya təhlükəsizliyi üzrə məlumatlılığının artırılmasında iştirak etmək;
- Rəhbərliyin kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
- Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
- CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
- Kompüter proqramları bilikləri: MS Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəifliklərin skan edilməsi alətləri
- Kibertəhlükəsizlik və fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
- ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
- Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
- Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
- Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
- Stres altında operativ qərar qəbul etmək bacarığı;
- Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq;
- Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri – yaxşı səviyyədə bilmək.
İş Şəraiti:
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
- Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch