BakuJobs

Kart və Terminal texnologiyaları departamentinin Kart texnologiyaları şöbəsinin mütəxəssisi

Yeni
Azericard
Bakuİndicə0 baxış

Vakansiya təsviri

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kart və Terminal texnologiyaları departamentinin Kart texnologiyaları şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma prosedurlarını aparmaq;
  • Təcili tələb olunan plastik kartların hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
  • Yeni plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq əməkdaşlarına göndərmək;
  • Şöbənin fəaliyyətində istifadə olunan avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
  • Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Plastik kartların hazırlanma sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis dili bilikləri (texniki bilik);
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: JobSearch

Oxşar vakansiyalar