Vakansiya təsviri
Şirkət: Azərsun Holdinq MMC - Bakı şəhəri Masazır qəsəbəsi və Sumqayıt şəhərində yerləşən istehsalat müəssisələri
Tələblər:
- Ali təhsil (Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
- Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 2 il iş təcrübəsi.
- MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
- Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
- Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
- Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
- İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
- Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
- İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
- Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
- Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
- İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
- Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
- Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
- Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş yeri:
- Bakı Qida və Yağ Fabriki MMC
- Azərsun Kağız və Karton İstehsalat Korporasiyası
- Azərbaycan Duz İstehsalat Birliyi MMC
İş şəraiti
- İş Qrafiki: Növbəli (3 növbə)
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch