BakuJobs

Biznes risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Yeni
Baku1 saat əvvəl6 baxış

Vakansiya təsviri

Təsvir

  • Şirkətin fəaliyyətinə dair siyasət, qayda, təlimat və biznes proses xəritələrinin hazırlanmasında iştirak etmək və ya müvafiq struktur bölmələr tərəfindən hazırlanmasını təşkil etmək;
  • Biznes prosesləri monitorinq etmək, mövcud çatışmazlıqları müəyyənləşdirmək və onların aradan qaldırılması, proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
  • Biznes proseslərin təsdiq edilmiş qayda və prosedurlara uyğun icrasına nəzarət etmək və mütəmadi yoxlamalar aparmaq;
  • Risk reyestrini hazırlamaq, yeni aşkarlanan riskləri qeydiyyata almaq, qiymətləndirmək və reyestri mütəmadi yeniləmək;
  • Risk Komitəsi və yuxarı rəhbərlik üçün Əsas Risk Göstəriciləri (KRI) üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;
  • Şirkətin müştərilərinin kredit limitlərinin artırılması ilə bağlı müraciətlərini ətraflı təhlil etmək və vaxtında cavablandırmaq.

Tələblər

  • Risklərin idarə edilməsi, maliyyə, audit və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək arzuolunandır;
  • MS Excel, Word, Visio və PowerPoint proqramları üzrə yüksək səviyyədə bilik;
  • Mikro və 1C ERP sistemləri üzrə bilik arzuolunandır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Mənbə: JobSearch

Oxşar vakansiyalar