Təmir-tikintiyə nəzarət üzrə aparıcı mühəndis
Vakansiya təsviri
Vəzifə öhdəlikləri:
- Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisin təlimatların icrası və hesabatlar vermək
- Tikinti prosesinə nəzarət məqsədi ilə ərazilərə səfərlər etmək, işin gedişatını nəzərdən keçirmək və rəy tərtib etmək
- Sərf olunan materialların keyfiyyətinin tələb olunan səviyyədə olub-olmamasını yoxlamaq və bu baradə forma 2 sənədinin xüsusi xanasında rəy qeyd etmək
- Smeta və forma 2 sənədi arasında fərqləri müəyyən etmək və doğruluğunu yoxlamaq
- İcra olunmuş təmir-tikinti işlərinin inşaat mühəndislərindən təhvil almaq və uyğunsuzluqlar aşkar olunduğu halda qüsur aktını tərtib etmək
- Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materiallarını tikinti anbarına qaytarılmasına nəzarət etmək
- Uyğunsuzluq aşkar edildikdə bu barədə tabe olduğu rəhbərliyə operativ məlumat vermək
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi:Ali (İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Kompüter bilikləri: MS Office, Autocad
- Müasir tikinti norma və qaydalarını bilmək
- Şəxsi Avtomobil olması üstünlükdür
- İşi planlama, Detallara diqqət yetirmək bacarığı
- Ünsiyyət və komandada işləmək bacarıqları
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə
- Yanacaq Kartı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təmir-tikintiyə nəzarət üzrə aparıcı mühəndis" yazaraq Müraciət Et düyməsində qeyd olunan eletron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch