İşə qəbul üzrə mütəxəssis
Vakansiya təsviri
Vəzifə Öhdəlikləri:
- Şirkətin istedadların idarə edilməsi prosesini uğurla həyata keçirmək;
- İşə qəbul prosesinə riayət edərək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
- Potensial namizəd hovuzunu yaratmaq və müntəzəm olaraq yeniləmək;
- Sosial media platformalarından istifadə edərək, şirkətə uyğun namizədləri cəlb etmək;
- Müsahibə, test və namizədlərin seçilməsi prosesini peşəkar şəkildə təşkil etmək;
- Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və uğurla həyata keçirmək;
- Təhsil müəssisələri ilə əməkdaşlıqları irəli sürmək və əlaqələr qurmaq;
- HR verilənlər bazası, namizəd izləmə və idarəetmə sistemləri ilə effektiv işləmək;
- Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
- İşə götürmə metrikalarını diqqətlə izləmək və təhlil etmək;
- İşə götürən brendinin gücləndirilməsi məqsədilə müvafiq töhfələr vermək;
- Daxili müştərilərlə sıx əməkdaşlıq təmin etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: İşə qəbul üzrə ən azı 2 (iki) il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən sahə üzrə
- Xarici dil bilikləri:, İngilis dili və rus dili: yüksək səviyyədə
- Üstünlüklər: SHRM, HRCI beynəlxalq serfitikatlarının olması
- Kompüter bilikləri: MS Office: əla
İmtiyazlar:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch