BakuJobs

Müştəri xidmətləri üzrə mütəxəssis

Positive Call Center
Tam ştat
BakıOct 23115 baxış

Vakansiya təsviri

Vəzifə öhdəlikləri:

  • Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq.
  • Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar.
  • Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz.
  • Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır.
  • Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər.
  • Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur.
  • Növbəli iş sistemi həftədə 6 gün (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir.
  • Əgər siz İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya rəsmi link üzərindən müraciət edə bilərsiniz. (+994 12 599 88 78 ).

Tələblər:

  • Namizədlərin yaşı 19-35 arasında olmalıdır.
  • İngilis dili yaxşı səviyyədə bilməlidir (B2-C1).
  • Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
  • Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
  • Microsoft Office proqramları ilə işləmək bacarığı.

Əlavə qeydlər

Növbəli iş qrafiki: Axşam və gecə növbələri üçün əlavə ödənişlər nəzərdə tutulub; Bonus sistemi: Əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan aylıq bonuslar; Artan gəlir: Şəxsi nəticələrinizə uyğun olaraq əlavə gəlir əldə etmək imkanı. Servis şirkət tərəfindən təmin edilir; Əmək müqaviləsi ilə rəsmi qeydiyyat təmin olunur;

Oxşar vakansiyalar