Data Governance Specialist
Təsvir
- Sahələrin tətbiqi üzrə fəaliyyətdə aktiv kömək, o cümlədən tətbiq zamanı onların fəaliyyətlərinin nəzərdən keçirilməsi (məlumat kataloqu alətlərinin istifadəsi, keyfiyyətin müəyyən edilməsi, prioritetləşdirmə, məlumatların saxlanılma müddətləri və s.).
- Məlumat axtarışı və Ataccama-da data kataloqunun aparılması. Məlumatla bağlı sənədlərin hazırlanması.
- Məlumat idarəetməsi komponentlərinin (keyfiyyət, təhlükəsizlik) hər birinin monitorinqinin aparılması və maraqlı tərəflərlə əməkdaşlıq.
- Alətlərin istifadəsi və proseslərin yerinə yetirilməsi üçün tədris sənədlərinin hazırlanması.
- Tətbiq mərhələsində və tətbiqdən sonra dəvətə əsasən işçi qruplarının görüşlərində iştirak.
- Məlumatların idarə olunması üçün Ataccama-dan istifadə.
Tələblər
- Rus və Ingilis dili bilikləri.
- Proqram bilikləri (Word, Excel, Power Point, Azure, SQL).
- Data/İT sahəsində ən azı 1 illik təcrübə, məlumatların idarə edilməsi standartları və praktikaları haqqında bilik.
- Güclü liderlik bacarıqları, korporativ və ya funksiyalararası rolda təcrübə.
- Yüksək kommunikasiya bacarıqları.
- Layihə idarəetməsi və liderlik təcrübəsi.
- Məlumatları təhlil etmə və məlumat keyfiyyətini qiymətləndirmə bacarığı.
- Ataccama ilə tanışlıq və ya öyrənməyə hazır olmaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- DeyerliSen (Pasha Group Loyalty Program)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.