Logistika şöbəsinin böyük mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Satınalma və xidmət müqavilələrinin, gömrük proeslərinin mərkəzləşdirilmiş uçotunu aparmaq və düzgün qeydiyyatına nəzarət etmək;
- Satınalma və xidmət müqavilələrində qeyd edilmiş öhdəliklərin vaxtında icra edilməsinə nəzarət etmək, müqavilələr üzrə mal axınına nəzarət etmək;
- Müqavilədə qeyd olunan malların çatdırılma müddətinə, bank zəmanətinə və icra müddətinə nəzarət etmək, malların müəyyən edilmiş müddətdə sifarişçinin istifadəsinə verilməsinə nəzarət etmək;
- Mərkəzi anbara təhvil verilən mallar üzrə hazırlanan elektron qaimələrdə qeyd edilən məbləğlərin müqavilənin şərtlərinə uyğunluğu yoxlandıqdan sonra ödənişə təqdim etmək, xidmət müqavilələri üzrə göstərilmiş xidmətlər ilə əlaqədar tərtib edilmiş aktların müqavilənin şərtlərinə uyğunluğu yoxlanılaraq ödənişə təqdim etmək;
- Ödənişə göndərilən bütün müqavilələr üzrə məbləğləri özündə əks etdirən qeydiyyat sisteminə nəzarət etmək;
- Müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin analitik və statistik hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- ADY və xarici şirkətlər arasında imzalanmış müqavilələrə əsasən idxal və ixrac ediləcək yüklərə aid gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədləri yoxlamaq;
- Gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədlər əsasında bütün növ gömrük bəyannamələrini (idxal, ixrac, təkrar idxal, müvəqqəti idxal, müvəqqəti ixrac, xaricdə emal və.s) tərtib etmək;
- Azerbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin elektron sistemində bəyan etmək, tərtib olunmuş gömrük bəyannamələrinin Azerbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin elektron sistemində təqib etmək;
- Gömrük rəsmiləşməsi zamanı zərurət yaranan zaman müvafiq gömrük orqanlarına rəsmiləşmə ilə bağlı müraciət məktublarını hazırlamaq və şöbə rəhbərinə təqdim etmək;
- Tərtib edilmiş müqavilələri, ödəniş sənədlərinin və sona çatmış gömrük rəsmiləşməsi ilə bağlı maliyyə məktublarını hazırlamaq və maliyyə departamentinə təqdim etmək.
- Daşıma üçün tələb edilən Naryad və Mesplanları ADY və müvafiq ölkələrin dövlət dəmir yollarından təmin edilməsini həyata keçirmək;
- Daşımanın başlanması üçün lazım olan sənədlərin və intruksiyanın təmin edilməsini həyata keçirmək.
Namizədə olan tələblər:
- Ali təhsil: Müvafiq sahə üzrə
- İş stajı: 3 il (beynəlxalq yükdaşımalar sahəsi üzrə olması arzuolunandır)
- Dil biliyi: Rus dili (ingilis dili üstünlükdür)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
- Gömrük işinin təşkili və logistika ilə bağlı biliklər;
- Azərbaycan Respublikasının Gömrük qanunvericiliyi;
- Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları
- Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri
- Loqistika üzrə yeni beynəlxalq normativlər üzrə biliklər
- Yazılı ünsiyyət, şifahi ifadə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi, planlaşdırma, əlaqələndirmə, diqqətlilik bacarıqları.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13A
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə və danışıq limiti;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Logistika şöbəsinin böyük mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər