Qaraj xidmətləri
Emalatxana / Qaraj Supervayzeri (Səyyar texnika və nəqliyyat vasitələri üzrə)
Departament: Texnika / Nəqliyyat vasitələri
Hesabat verir: Texniki işlər üzrə Regional Menecer
Ünvan: Hacıqabul rayonu.
“Agro Dairy” MMC-nin sahəsində/ərazilərində yol nəqliyyat vasitələri də daxil olmaqla müasir kənd təsərrüfatı təyinatlı texnika parkına texniki xidmətin planlaşdırılması.
Biz nə təklif edirik:
- Performansa əsaslanan illik bonus;
- Tibbi sığorta;
- Şirkət naharı;
- Təlim imkanları (dil kursları da daxildir);
- Sürətlə inkişaf edən mühit, karyera imkanları, iş yerində təlim.
İş üzrə tələblər:
- Qaraj işçilərinə iş yükünün həvalə edilməsi və planlaşdırılması (gündəlik/həftəlik), işin tamamlanmasına və həm qarajda, həm də sahədə tələb olunan resurslara nəzarət edir;
- Qarşıdan gələn əməliyyatlar üçün (məhsula/şəraitə uyğunlaşdırılmaq üçün aparılan kalibrləmə işləri də daxil olmaqla) avadanlıqlara texniki xidmət planını hazırlayır və icra edir;
- Səyyar texnikanın və nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir və təchizatçılarla əlaqə saxlayır;
- İşlək və qeyri-işlək rejimdə olarkən texnikanın vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir, müştərək qovluqdakı texnika barədə məlumatlara nəzər yetirir;
- Mövcud proqram təminatı vasitəsilə və Texniki işlər üzrə Regional Menecerinin təqdim etdiyi məlumat əsasında texnikanın istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;
- Müəyyənləşdirilmiş işlərin tamamlanmasına və ən yüksək standartlara uyğun icra edilməsinə cavabdeh olur;
- Səyyar texnikanın şirkətin qaydalarına uyğun fəaliyyət göstərməsini təmin etmək üçün alternativ həllər axtarmaq;
- Məhsul yığımından sonra texnika barədə hesabatın hazırlanmasına yardım etməklə səyyar texnikadakı problemli sahələri müəyyənləşdirir. Tələb olunan hissələrin və xidmətlərin siyahısını vaxtında hazırlayır;
- Öz cavabdehliyində olan qeyri-işlək texnika və nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;
- Təmizliyi və müvafiq alətlərin mövcudluğunu təmin etməklə avadanlıq parkını istismara yararlı vəziyyətdə saxlayır;
- Bütün qaraj sahələrinin təmizliyinə, saz vəziyyətdə saxlanılmasına və SƏTƏM tələblərinə uyğun olmasına cavabdeh olur;
- Risklərin qiymətləndirməsini aparmaqla işçi heyəti və ətrafdakılar üçün təhlükəsiz iş mühitini təmin edir;
- Qaraj işçilərinin əsas kompüter bilikləri üzrə təlimi və dəstək təklif edir
Tələb olunan bilik və bacarıqlar:
- Səyyar texnikadan istifadəni və ideal halda isə, kənd təsərrüfatı avadanlıqlarını, ümumi nəqliyyat vasitələrini və onların istismarını başa düşmək.
- Mürəkkəb şəraitlərdə həll yolları tapmaq bacarığı.
- Sürücülük vəsiqəsi.
Əsas tələblər:
Təhsil
- Kənd təsərrüfatı yaxud tikinti texnikası üzrə müvafiq mühəndislik dərəcəsi.
- Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər
İş təcrübəsi
- Minimum 5 il qaraj və ya səyyar texnika üzrə texnik kimi
- Təsdiq edilmiş təcrübə ilə oxşar vəzifədə minimum 2 il
Dil bilikləri
- Azərbaycan dili (səlis), digər dilləri bilmək üstünlükdür
Kompüter bacarıqları
- Yaxşı səviyyədə Microsoft proqramları bilikləri.
Arzuedilən tələblər:
- Təqdimat hazırlamaq və etmək bacarığı
Əlavə şərhlər:
- Adi iş saatlarından kənar vaxtda çətin şəraitdə işləməsi gözlənilir. Ofis mühiti və açıq məkanlar.