Marketinq, reklam, çap və nəşriyyat

AGRO - WEST DC LLC

KPİ hesablanması üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-03-17

Vəzifə öhdəlikləri:

  • Satış, logistika və marketinq üzrə KPİ-ları təhlil edərək hesablamaq;
  • Şirkət üzrə departament və əməkdaşların KPİ müəyyənləşdirilməsi prosesində iştirak;
  • Hədəflərin müəyyən olunmasında iştirak, KPİ göstəricilərinin hesablanması üçün analitik hesabat hazırlamaq və uyğun məlumatları struktur bölmələrdən toplamaq;
  • KPİ nəticələrini aylıq, rüblük və illik hesabatlar şəklində rəhbərliyə təqdim etmək.

Namizədə Tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: FMCG və ya oxşar sahədə KPI hesabatlılığı üzrə ən az 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti və statistik məlumatlarla işləmə bacarığı;
  • MS Excel (mükəmməl səviyyədə), Power BI və ya digər analitik biliklər arzuolunandır;
  • ERP sistemlərində işləmə təcrübəsi üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə
  • Əmək haqqı: 1600 AZN (net)
  • Ünvan: Sabunçu rayonu,Bəşir Bünyadov küç.

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "KPİ hesablanması üzrə mütəxəssis" yazaraq elektron poçt ünvanına göndərə bilərlər.