Təlim və tədris

Alphakids

Müəllim

Vəzifə öhdəlikləri:

  • Qrupda hər bir uşagın fərdi olaraq psixoloji xüsusiyyətlərini izləmək, basqı olmadan uşaqların davranışlarına nəzarət etmək, təhsil üzrə ingilis dilində metodik aktivitələrlə iş aparmaq bacarığı olmalıdır;
  • Müxtəlif didaktik oyunlarla işləməyi bacarmalıdır;
  • Keçdiyi dərs metodikasında uşaqlara (görmə, eşitmə və toxunma) sensor bacarığını aşılamalıdır;
  • Uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, davranış qaydalarını inkişaf etdirməyi bacarmalı;
  • Tərbiyəvi və metodik işin təşkili ilə bağlı günlük, aylıq və illik iş planı qurmalıdır,
  • Uşaqların fikirlərini ingilis dilində ifadə etməsinə nail olmaq;
  • Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin etmək;
  • Uşaqların məktəbə hazırlanmasını təmin etmək;
  • Uşaqların davranışlarındakı dəyişiklikləri gördükdə qeydiyyat aparmalı, səhətinin vəziyyəti barədə baxçanın rəhbərliyinə, həkim-psixoloqa eləcə də, həkim- pediatora məlumat verir, həkim-pediator və həkim psixoloqun tələblərini yerinə yetirməlidir.
  • Uşaqların ailədə tərbiyyəsinə dair valideynlərlə iş aparmağı bacarmalıdır,
  • “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını bilməlidir;
  • Uşaqların qanuni hüquqlarına riayət etmək;
  • Hər yaşa görə pedaqogika və sosial uşaq psixologiyasını bilməlidir,
  • Gigiyena qaydalarının əsaslarını bilməli, uşaqların sağlamlığının qorunması üçün hər hansı bir qəza vəziyyəti ilə üzləşdikdə ilk tibbi yardım göstərməyi bilməlidir;
  • Məktəbəqədər təhsil üzrə, kurikulum proqramının standartlarını bilməli, Beynəlxalq “İB” (PWP) təhsil proqramında işləməyi bacarmalıdır;
  • Daim müşahidəçi və araşdırmacı, sosial yönümlü və empati bacarığı olmalıdır, uşaqların potensial imkanlarının üzə çıxması üçün onları motivasiya etmək;
  • Təlim-tərbiyə işinin təşkilini, informasıya - komunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar- gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Namizədə olan tələblər:

  • Ali və ya orta ixtisaslı pedaqoji təhsil (məktəbəqədər və ya ibtidai təhsil);
  • Bağça və ibtidai təhsil sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
  • Müəllimlərin işə qəbulu (MİQ) müsabiqədən keçməsi mütləqdir (minumum 50 bal toplayan şəxslərə üstünlük veriləcək);
  • Azərbaycan dilni əla səviyyədə bilməli;
  • İngilis dilni B2 (orta səviyyədən yuxarı) bilməli;
  • Microsoft Office (MS Word, MS Excell, MS Outlook, MS PowerPoint) proqramlarını əla səviyyədə bilməli;

Digər şərtlər:

  • Yaş həddi: 23 - 40 yaş
  • Əmək haqqı: Nett olaraq 400 - 800 AZN (Təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Bununla yanaşı əmək haqqı müəllimlərin daxili dərəcələndirmə sisteminə uyğun olaraq müəyyən ediləck);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • Nahar bağça tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küç.203-cü məhəllə ünvanında yerləşən körpələr evi-uşaq baxçası.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Müəllim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

CV-də yazdığınız məlumatların doğruluğundan əmin olun. Yalnış məlumatın verilməsi müraciətinizin imtina olunması ilə nəticələnə bilər.

Daha çox blog yazılarımız:

[moreBlogs]