Nəqliyyat, paylama və logistika

Amal Group

Anbardar

İş yeri: “AMAL GROUP”MMC

Vəzifə öhdəlikləri:

  • Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.  
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət edilməsi. 
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilməsi,
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması.
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
  • Təlimatları birbaşa rəhbərindən alır və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına təşkil edir;
  • Mövcud alət və avadanlıqları yoxlayır və hazırlayır;
  • Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət edir;
  • Düzgün texniki üsullar və avadanlıqlardan istifadə etməklə qablaşdırılmış malları təlimatlara uyğun olaraq çıxarır və yığışdırır;
  • Daxil olan ehtiyatları çatdırılma sənədlərinə əsasən yoxlayır və onların düzgün olmasını birbaşa rəhbəri ilə təsdiq edir;
  • Qəbul edilmiş malların keyfiyyətini, son istifadə tarixini, zədə və ya uyğunsuzluqları tələb olunduğu halda yoxlayır və bu barədə birbaşa rəhbərinə məlumat verir;
  • Çatdıralacaq məhsul və ya bağlamaları zədələmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə daşınmasına nəzarət edir;
  • Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlık vurma avadanlıqlarından istifadə etməklə saxlanc əşyalara nişan vurur;
  • İçindəki malların tərkibinə uyğun olaraq konteynerlərə yarlık yapışdırır;
  • Təhlükəli malları saxlama ərazisində yerləşən müvafiq konteynerlərə daşınmasına nəzarət edir;
  • Artıq, nasaz və ya köhnə ehtiyatları aradan qaldırır;
  • Daxil olan sifarişlərdəki məlumatlara əsasən material, məhsul, hissə və ehtiyatları paylaşdırır;
  • Çatdırılma sənədlərini tamamlayır və xüsusi məlumatları qeyd edir;
  • Ehtiyatlar, alətlər, avadanlıqlar və saxlanc ərazilərin təhlükəsizlik normalarına uyğun olmasını təmin etmək üçün onların təmizlənməsini təmin edir;
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak edir;
  • Mal hərəkəti ilə əlaqədar bütün proseslərin proqram üzrə aparılmasını təmin edir;
  • İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyatını, hesabatını aparır və gündəlik birbaşa rəhbərinə hesbat verir;
  • Gündəlik anbarı Təhlükəsizlik üzrə nəzarətçiyə daxili prosedur qaydalarına uyğun olaraq möhürlü şəkildə təhvil verir və o formada təhvil alır.
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edir;
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənir, subordinasiya və etika qaydalarına riayət edir;
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər  tapşırıqları yerinə yetirir;
  • Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat verir.
  • Ayda bir dəfə özünün vəzifə təlimatını təkrar oxuyur.
  • Anabar sənədləri üzrə məlumatların daxil edilmsində müəssisənin istifadə etdiyi proqramda (1C və s) əməliyyatların işlənməsi;
  • Anbardarın vəzifə öhdəlikləri üzrə təyin edilmiş vəzifələr onun şöbə rəhbəri tərəfindən yönləndiriləcək;
  • İşdən azad edilən zaman üzrəində olan mal qalıqları və  icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli. 

 Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus

İş qrafiki:

  • Bazar ertəsi- Şənbə 09:00-18:00
  • İş yerinin ünvanı: Qubadlı
  • Yaş həddi: 25-50
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, 3 il iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “ANBARDAR” adını qeyd edərək e mail ünvanına göndərmələri xahiş olunur.

Daha çox blog yazılarımız:

[moreBlogs]