Komputerləşmə və İKT

Data Analitik

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-04

Şirkət: Aqrar İnnovasiya və Təchizat Şirkəti 

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil(İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində arzuolunandır);
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə malik olmalı;
  • Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli;
  • Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
  • MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
  • SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
  • Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
  • Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi  üzrə araşdırma edir;
  • Davranış modellərinə əsasən bazarın və satışıların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir;
  • Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif edir; 
  • Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığına sahibdir;
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləyir;
  • Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti var.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1463-1674 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data analitik” yazaraq hr@aisco.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.