İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-29
Namizədə olan tələblər:
- Ali təhsil;
- İnsan Resursları əməliyyatları sahəsi üzrə minimum 2 il iş təcrübəsi olmalı;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə yaxşı biliklər və təcrübənin olması;
- MS Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilməli;
- 1C üzrə yaxşı səviyyədə istifadə bacarığı olmalı;
- Analitik düşüncə və problem həll etmə bacarığı olmalı;
- Ezamiyyətlərə hazır olmalı, B kateqoriya sürücülük vəsiqəsi olmalı.
Vəzifə öhdəlikləri:
- Strukturlar tərəfindən təqdim olunmuş işçi tələb formasının yoxlanılması və işə qəbul şöbəsinə göndərilməsi;
- Elektron Hökümət Portalında İnsan Resursları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
- Aidiyyatı şöbələrin yeni əməkdaşın işə başlaması haqqında məlumatlandırılması;
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, qrafikə uyğun istifadənin təmin olunması, istifadə edilməmiş məzuniyyətlərin hesablanması və istifadəsinə təşviq edilməsi;
- Yeni yaradılmış iş yerinin e-sosialda elan edilməsi və namizədlərin telefon zənglərinə cavab verilməsi;
- İcbari sığorta əməliyyatlarının icra olunması və ödəniş üçün Mühasibatlığa təqdim olunması;
- Yeni işçilərin Bitrix24 portalında və 1C ZUP KORP tətbiqində qeydiyyat prosesinin icra edilməsi;
- Təhsil, analıq, qismən ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadənin uçotunun aparılması;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, və s.), kompensasiyaların hesablanması, 1C ZUP KORP və Bitrix24-də, elektron hökumət portalında çıxış qeydlərinin aparılması.
İş şərtlərimiz:
- Əmək haqqı: 1463-1674 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.