Hüquq şöbəsinin müdiri
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-06-24
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyəti zamanı hüquqi təminatın həyata keçirilməsini təşkil və nəzarət etmək;
- Müqavilələrin, əmrlərin, qərarların və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasını təmin etmək;
- Cəmiyyətin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğunu təmin etmək.
- Normativ-hüquqi sənədlərin və daxili normativ aktların hazırlanmasında iştirak etmək və hüquqi ekspertiza aparmaq;
- Hüquqi bazadakı dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələrinə məlumat vermək.
- Şirkət rəhbərliyinə və struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və rəy vermək;
- Mübahisəli hüquqi məsələlərin həllinə dair təkliflər irəli sürmək.
- Məhkəmə və digər hüquqi orqanlarda təşkilatın maraqlarını təmsil etmək;
- İddia ərizələrinin hazırlanması, məhkəmə proseslərinin izlənilməsi və cavabların hazırlanması;
- Tərəfdaşlarla və müştərilərlə müqavilə öhdəliklərinə dair yaranan mübahisələrin hüquqi həllini təmin etmək.
- Hüquqi risklərin təhlili və onların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Hüquq şöbəsinin aylıq və rüblük fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Hüquq şöbəsinin əməkdaşlarının fəaliyyətini təşkil və koordinasiya etmək;
- İş bölgüsü, daxili nəzarət və işin keyfiyyətinə cavabdehlik daşımaq.
Tələblər:
- Hüquq üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür)
- Hüquq sahəsində ən azı 5 illik iş təcrübəsi (hüquqi tənzimləmə və normativ hüquqi aktlarla iş üzrə təcrübəyə üstünlük verilir).
- Rəhbər vəzifədə azı 3 illik təcrübə
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili və rus dili biliyi arzuolunandır
- MS office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Korporativ idarəetmə ilə bağlı ümumi hüquqi tənzimləmələr
- Müqavilələrin hüquqi ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi prinsipləri
- Məhkəmə işlərində təcrübə və müqavilə hüququ sahəsində biliklər
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə ətraflı biliklər;
- Müqavilə, əmək, inzibati, vergi və korporativ hüquq sahələri üzrə biliklər;
- Analitik düşünmə, hüquqi riskləri qabaqcadan görmək və aradan qaldırmaq bacarığı;
- Rəsmi sənədlərin hazırlanması və hüquqi rəy vermə bacarığı
Fərdi keyfiyyət tələbləri:
- Dəqiqlik, məsuliyyətlilik və qərarvermə bacarığı;
- Yüksək etik standartlar və konfidensiallıq prinsiplərinə sadiqlik;
- Stresə davamlılıq və çevik qərarvermə qabiliyyəti;
- Komandada işləmək və idarəetmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı.
- Analitik düşünmə və təhlil bacarığı;
- Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
- Yüksək yazılı və şifahi ifadə bacarığı;
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılacaq
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən bilik və təcrübədən asılı olaraq CV-lərini mövzu (subject) hissəsinə “Hüquq şöbəsinin müdiri” yazaraq Müraciət et düyməsində qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.