HelpDesk (Texniki Dəstək üzrə Mütəxəssis)
İş barədə məlumat:
- İş rejimi : 09:00-dan 18:00-dək
- 5 günlük iş rejimi
- Əmək haqqı - razılaşma ilə
Namizəddən tələblər:
- Əmək və nizam-intizam qaydalarına riayət etmək
- Səliqəli,təmizkar,məsuliyyətli və komandada işləmək bacarığı
- Ali təhsil(İnformasiya texnologiyaları üzrə arzuolunandır)
- Ən az 1 il İnformasiya Texnologiyaları sahəsində təcrübə
- İnformasiya Texnologiyaları sahəsi üzrə beynəlxalq vendor təlimi və sertifikatı
- Windows 10,11 əməliyyat sistemləri üzrə tam biliklər
- MS Windows Server-lərlə bağlı biliklər (arzu olunandır)
- Şəbəkə printerləri və fərdi printerlər üzrə tam biliklər
- Şəbəkə və onun iş prinsipi ilə bağlı biliklər (LAN,WLAN və WAN)
- Video müşahidə və Access Control sistemləri üzrə biliklər (arzu olunandır)
- Analitik düşüncə qabiliyyəti, problemin ən qısa və asan üsul ilə həllinə yönələ bilmək bacarığı
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
Əlavə qeydlər:
Kompüterlərin qurulması, sazlanması, şəbəkəyə bağlanması,əməliyyat sistemlərinin optimallaşdırma, təhlükəsizlik qaydalarının tətbiqi, daxili şəbəkə ilə iş təcrübəsi, optimizasiya, marşrutlaşdırma və kommutasiya, monitoring, təhlükəsizlik və Group Policy tətbiqi, Domain Controller idarə etmə, İşçi bazasının idarə olunması, məlumat bazasının idarə olunması, serverlərin backup edilməsi, Active Directory istifadəçi yaratmaq və qrup qaydalarının tətbiqi, Uzaq masaüstü dəstəyi.
Tələb olunan vendor bilikləri: CISCO SMB, CISCO Meraki ,Microsoft Server 2012/2016/2019/SQL