İnsan Resursları/ Struktur və ştat planlama üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-23
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Struktur və ştat planlama üzrə mütəxəssismütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər:
- Şirkətin məqsəd və strategiyalarına uyğun olaraq daxili struktur dəyişikliklərini və işçi ehtiyaclarını müəyyənləşdirmək
- Şirkətindaxili strukturları, işçi sayı, rollar və vəzifələrin müəyyənləşdirilməsi üçün müvafiq məlumatları toplamaq və təhlil etmək
- Şirkətin bütün struktur bölmələri üzrə struktur cədvəlinin (organizational chart) hazırlanmasını və aidiyyatı strukturlara təqdim edilməsini həyata keçirmək
- Struktur analizlərinin aparılmasını, ofis və mağaza üzrə struktur dəyişikliklərinin icra edilməsini həyata keçirmək
- Şirkətin bütün strukturları üzrə iş analizlərinin aparılmasını həyata keçirmək
- Strukturlar üzrə əsas performans göstəricilərinin təyin edilməsində və əmək haqqı və bonus təlimatlarının hazırlanmasında iştirak etmək
- Təşkilati struktur və ştat planlaması ilə bağlı müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər:
- Ali təhsil
- 1-3 il İnsan Resursları sahəsində təcrübə
- Excel və SAP bilikləri üstünlükdür
- Yeniliklərə və öyrənməyə açıq olmalı
- Komanda ilə işləmə bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki