İnzibati, Biznes və İdarəetmə

Xalq Bank

Korporativ Satış İdarəsinin Kredit analitikası şöbəsinin analitiki

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-03-07

Təsvir

  • Hüquqi şəxslərin biznes və maliyyə təhlilinin aparılması;
  • Kredit risklərinin idarə edilməsi meyarlarını nəzərə alaraq, kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, kreditlərin strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq analiz edilməsi;
  • Müştəri Təmsilciləri ilə razılaşdırılmış şərtlər daxilində kredit gündəliyi hazırlamaq və digər ərizə formalarının doldurulması, Anderraytinqə rəy üçün təqdim edilməsi. Anderraytinq rəyindən sonra Kredit Komitəsinə təqdim edilməsi;
  • Müştəri Təmsilçiləri ilə birlikdə kredit portfelinə nəzarət edilməsi;
  • Kreditin strukturlaşdırılması funksiyasının davamlı inkişafının təmin edilməsi və bununla bağlı təkliflərin verilməsi.

Tələblər

  • Ali magistr təhsilinin olması;
  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə biliklərin olması;
  • Azərbaycan dili biliyi (mükəmməl səviyyədə), rus və ingilis dili biliyi arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə analiz etmə bacarığı;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
  • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr