Audio/Video üzrə Texnik
Vəzifə öhdəlikləri:
- Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
- Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
- Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
- Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
- Bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
- Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.);
- Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
- Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.
Tələblər:
- Qeyd olunan sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Ali təhsil;
- Peşəkar səviyyədə AV avadanlıqlarının, qurulması və işə salınması bacarıqları;
- Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
- Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
- Çevik iş qrafiklərində işləmək bacarığı;
- İngilis dilində yaxşı (intermediate/upper-intermediate) səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
İş yeri: Bakı şəhəri, R.I.S.K. şirkəti
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audio/Video üzrə texnik” qeyd edərək CV-lərini elvin.rzayev@bakujobs.az elektron ünvanına 18 yanvar 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərə işə qəbul prosesinin növbəti mərhələləri haqqında məlumat veriləcəkdir.