Maliyyə xidmətləri

Avrora

Aparıcı auditor

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-30

Biz Kimik?

Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.

Əsas vəzifə və öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
  • Daxili Audit Departamenti rəhbərinin tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Vergi Məcəlləsi üzrə biliklərin olması;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil;
  • Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
  • SAP üzrə biliklər.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.