Maliyyə xidmətləri

Avrora

Aparıcı maliyyə analitiki

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-23

Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli, Harika markalı makaronlar, Doymak, Günaydın və Harika markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır. h 
Əsas vəzifə öhdəlikləri:

  • Gəlir və xərc maddələrini təhlil edir;
  • Satışın effektivlik analizini aparır;
  • Maya dəyəri analizini aparır;
  • Mənfəətlilik hesabatını hazırlayır və analiz edir;
  • Threshold-lar üzrə analizləri aparır;
  • Mənfəət/zərər və balans hesabatı maddələri üzrə əmsal analizlərini aparır;
  • Debitor, Kreditor, İnventar və başqa balans hesab maddələrinin analizlərini aparır;
  • Fakt və büdcə üzləşmələrini aparır;
  • İnvestisiya layihələri üzrə fakt və büdcə üzləşmələrinin və ilkin büdcənin təsdiqi üzrə analizləri aparır;
  • Dövriyyə kapitalı üzrə analizləri aparır;
  • Satış və kassa planlarının plan/fakt analizini aparır;
  • Proqnoz və plan hesabatlarını hazırlayır. 

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə FA, FR, MA imtahanlarından müvəffəqiyyətlə keçmək üstünlükdür;
  • Analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyətqurma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyinin yaxşı səviyyədə olması;
  • Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.

 İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı maliyyə analitiki” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.