Daxili nəzarət üzrə mütəxəssis
Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli, Harika markalı makaronlar, Doymak, Harika və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Harika, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin Daxili Nəzarət Şöbəsi (DNŞ və İnventarizasiya) strukturlarında görülmüş işlər barədə müəyyən edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
- Struktur bölmələrdən daxil olan araşdırılmasına zərurət yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən məsul əməkdaşa yönləndirilməsi, icra müddətinin təyin edilməsi və işin gedişatına nəzarət edilməsi;
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərinin göstərişinə əsasən xidməti təminat aparılan struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses va qaydaların izlənilməsi, epizodik yoxlamalar, araşdırmalar və qəfil monitorinqlərin həyata keçirilməsi, zərurət yarandıqda bazar araşdırmasının aparılması, xidməti təqdimatların göndərilməsi, üst rəhbərinə yeni layihə və təkliflərin təqdim edilməsi;
- Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt va çatışmazlıqlar barədə DNŞ-nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
- Şirkət balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə va silinməsinə dair DNŞ strukturu tərəfindən dövrü olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarətin təmin edilməsi;
- Şirkət rəhbəri və aidiyyatı struktur rəhbəri tərəfindən şirkət hədəflərinə xidmət edən digər tipli yoxlamaların icrasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- MS Office proqramlarında işləmə bacarığı;
- İstehsalat sahəsində işləmiş və SAP proqram təminatı barədə məlumatlı olması üstünlükdür.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Sahə üzrə minimum 3 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Aşıq Molla Cümə 46 C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.