İnzibati, Biznes və İdarəetmə

Avrora

Deklarasiya üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-28

Əsas vəzifə öhdəlikləri:

  • Deklarasiyası təsdiq edilmiş yüklər haqqında gömrük prosesləri üzrə məsul şəxsə məlumat verilməsi;
  • Gömrük bəyannamələrinin qeydiyyatının aparılması;
  • Gömrük inspektoru ilə mütəmadi olaraq danışıqlar aparılması, yaranmış olan problemlərin aradan qaldırılması üçün addımlar atılması;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin toplanması məqsədilə mütəmadi olaraq aidiyyəti şöbələrlə işlərin koordinasiya edilməsi;
  • Gündəlik sənədləşdirilmiş yüklərin sistem üzərindən yoxlanmasının təmin edilməsi;
  • Tədərükçülərlə bağlanmış müqavilələrin əlavələrini elektron hökumət portalı üzərindən gömrük rəsmiləşdirilməsi üçün kodlarının alınması;
  • Bəyan ediləsi mallarla bağlı XİF ƏN kodlarınının müəyyən edilməsi üçün araşdırmanın aparılması;
  • Bəyannamələrdəki xərclərin (əməliyyat haqqı, idxal, ƏDV, aksiz, elektron xidmət haqları və s.) diqqətlə yoxlanılması və dəqiq sistemə əlavə edilməsi;
  • Yüklərin hərəkətliliyinin yükün növünə görə prioritetləşməsinin həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Rus və ya ingilis dili yaxşı səviyyədə;
  • Kompüter bilikləri: MS Office proqramları yaxşı səviyyədə;
  • Gömrük məcəlləsi və prosedurları barədə biliklərin olması.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Deklarasiya üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.