İnzibati, Biznes və İdarəetmə

Avrora

İR analitik

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-02-27

Əsas vəzifə öhdəlikləri:

  • Verilənlər bazası üzrə göstəricilərin, statistikanın toplanılması, emalı, təhlil edilməsi və vizuallaşdırılması;
  • İR metrikləri kataloqunun formalaşdırılması və tələb olunan istiqamətlər üzrə dövri hesabatların hazırlanması və təqdim edilməsi;
  • İR funksiyaları və layihələrlə əlaqədar göstəricilərin, metriklərin analiz edilməsi və məlumat əsaslı qərarların verilməsinə təşəbbüslərin göstərilməsi;
  • Müasir yanaşmaların və İR tendensiyalarının izlənilməsi, təkliflərin hazırlanması və təqdim edilməsi;
  • Prosedur və qaydaların iş proseslərinə tətbiq və təsirləri ilə bağlı analizlərin aparılması, standartlaşma və təkmilləşdirmə istiqamətində təşəbbüslərin irəli sürülməsi;
  • Tətbiqdə istifadə olunan məlumatların məxfiliyinin qorunmasının təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Power BI (yuxarı səviyyə);
  • MS Office (yuxarı səviyyə);
  • Verilənlər bazası ilə işləmək (toplamaq, emal, təhlil və vizuallaşdırma) bacarığı;
  • Analitik düşüncə;
  • Mühakimə, problem analiz etmə və həll etmə bacarığı;
  • Təqdimetmə bacarığı;
  • İngilis dili (üstünlükdür).

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (İqtisadi və idarəetmə yönümlü);
  • Müasir İR funksiyaları üzrə minimum 2 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümək küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Könüllü tibbi sığorta;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İR analitik” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.