Komputerləşmə və İKT

Avrora

Kibertəhlükəsizlik üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-03-05

Əsas vəzifə öhdəlikləri:

  • Müxtəlif kibertəhlükəsizlik alətləri (SIEM, IDS/IPS, firewall, antivirus və s.) tərəfindən yaradılan təhlükəsizlik xəbərdarlıqlarına nəzarət etmək və analiz etmək;
  • Təhlükəsizlik məsələləri, zəifliklər və pozuntuların araşdırılmasında və cavablandırılmasında kömək etmək;
  • Təhlükəsizlik siyasətlərinin, standartlarının və prosedurlarının tətbiqini icra etmək;
  • Təhlükələrin azaldılması üçün tövsiyələrlə birlikdə təhlükəsizlik riskinin qiymətləndirilməsi və zəiflikləri skan etmək;
  • Firewall kimi təhlükəsizlik alətləri və sistemlərinin konfiqurasiyasını etmək və dəstək göstərmək;
  • Şəbəkə və sistem idarəçiliyində optimal təhlükəsizlik təcrübələrini təmin etmək üçün İT komandası ilə işləmək;
  • Yeni yaranan kibertəhlükəsizlik təhdidləri və bazarda olan ən yaxşı təcrübələri araşdırmaq;
  • Mükəmməl təhlükəsizlik gigiyenasını təşviq etmək üçün əməkdaşlara təhlükəsizlik məlumatlılığı təlimində kömək etmək;
  • Təhlükəsizlik hadisələri, tapıntılar və təklifləri əks etdirən ətraflı hesabatlar yaratmaq.

Tələb olunan bilik və bacarıqlar :

  • Loqları təhlil etmək və şübhəli fəaliyyəti aşkar etmək bacarığı;
  • Problem həll etmə bacarığı və detallara diqqət;
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
  • CompTIA Security+, CEH (Certified Ethical Hacker) kimi sertifikatlar və ekvivalent sertifikatlara sahib olmaq;
  • Firewall, antivirus və müdaxilənin aşkarlanması/qarşısının alınması sistemləri kimi təhlükəsizlik məhsulları ilə təcrübənin olması;
  • Ümumi kibertəhlükəsizlik təhlükələrini (zərərli proqram, fişinq və ransomware kimi) və təsirin azaldılması tədbirlərini başa düşmək.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter elmləri üzrə bakalavr təhsili;
  • İş təcrübəsi: sahə üzrə min. 1 il iş təcrübəsi

          İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.
  • Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Kibertəhlükəsizlik üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.