Maliyyə Analitiki (Alcopoint Retail MMC)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-11-06
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
- Cari xərclərin yoxlanılması və təsdiq olunması;
- Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
- Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Anbar hesabatlarının hazırlanması, qalıqların və məhsul hərəkətlərinin (satış, qaytarış, transfer və s.) Logo və Excel üzərindən izlənilməsi və vaxtında yenilənməsi;
- Malların giriş-çıxış sənədlərinin (qaimə, sifariş formaları, qalıq aktları və s.) düzgün tərtibinə və sistemdə tam əks olunmasına nəzarət;
- Anbarda mövcud məhsulların son istifadə tarixi, saxlanma şəraiti və zədələnmə risklərinin monitorinqi;
- Dövri inventarizasiya prosesində iştirak və inventar nəticələrinin təhlili;
- Stok dövriyyəsinin (stock turnover) təhlili və optimallaşdırılması üçün tövsiyələr hazırlanması;
- Anbar xərclərinin (logistika, saxlama, itki və s.) izlənməsi və hesabatlandırılması;
- Qəfil yoxlamalar zamanı rəhbərliyə dəqiq və aktual məlumat verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
- Dəqiqlik, detallara diqqət, problem həll qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali ( İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
- İş təcrübəsi: Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl, ingilis dili üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel) istifadə etmək bacarığı.
İş şərtlərimiz:
- İş saatı: 09:00-18:00, 10:00-19:00
- İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi 46 c
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Karyera yüksəlişi imkanı;
- İşdə stabillik və uzunmüddətli əməkdaşlıq;
- Etibarlı və şəffaf iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.