Proqram təminatı üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-21
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin və proseslərin optimallaşdırılmasının icra edilməsi;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi və bağlantının fasiləsizliyinin təmin edilməsi;
- Rəhbərin tapşırıqlarına əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
- Biznes tələblərinin təhlil edilməsi və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqramlaşdırma yazı qaydaları və forması təlimatında ehtiyac olan dəyişiklik təklifinin verilməsi və rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması işlərinin icra edilməsi;
- Mövcud proqramlara dəstək verilməsi, ehtiyac yaranarsa, düzəlişlər edilməsi;
- Proqram dəyişikliklərinin ilkin testlərinin edilməsi;
- Proqramların texniki sənədlərinin hazır edilməsi və versiya dəyişikliklərinə uyğun olaraq sənədlərdə lazımi dəyişikliklərin edilməsi;
- Proqramların optimal və performanslı işləməsinin təmin edilməsi;
- Gün ərzində yönələn sorğuların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Java və ya C# hər hansı birini mükəmməl bilməli;
- MS SQL - (RDBMS, SQL) biliklərinin olması;
- JavaScript, Angular və ya ReactJS üzrə biliklərin olması;Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Güclü alqoritm qurma bacarığı;
- Komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri sahələrində olması üstünlükdür);
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- OOP, SOLID, Basic Design Patterns, Versiya kontrol sistemləri (Bitbucket və s.) və REST API, Windows Service və Thread-lər üzrə təcrübənin olması;
- ERP sistemləri (SAP, Tiger Logo, 1C və s.), Camunda, RabbitMQ və ya Docker üzrə təcrübənin olması üstünlükdür;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, İngilis dili biliyinin yaxşı səviyyədə olması.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.