İnzibati, Biznes və İdarəetmə

Avrora

Tələb Planlama üzrə Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-04-03

Əsas vəzifə öhdəlikləri:

  • İllik satış büdcəsinin aylar və SKU üzrə düzgün paylanmasının yoxlanılması;
  • Aylıq satış planının tərtib edilməsi, geri dönüşlərin yoxlanılması, sistemə daxil edilməsi üçün hazır vəziyyətə gətirilməsi;
  • Aylıq olaraq planların fərdlər üzrə bölgüsünün, reallaşmasının izlənilməsi;
  • Kassa planlarının hazırlanması, planların aylıq, rüblük və illik olaraq tərtib edilməsində iştirak edilməsi və Satış komandası arasında bölgüsünün aparılması.

Tələb olunan bilik və bacarıqlar :

  • Excel, Power BI, Power Query, Power Pivot üzrə biliklərin olması;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: İqtisadiyyat, idarəetmə sahələri üzrə ali təhsil;
  • İş təcrübəsi: sahə üzrə min. 1 il.

  İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Aşıq Molla Cümə 46 C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Tələb planlama üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.