Xarici logistika üzrə mütəxəssis
Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır. h
Əsas vəzifə öhdəlikləri:
- Logistika üzrə tenderlərin keçirilməsi;
- Alternativ və maliyyətin aşağı salınması üçün tədbirlər görülməsi;
- Ən optimal nəqliyyat yolunun təyin edilməsi;
- Yüklərin gömrük orqanlarından keçirilməsi işinin idarə edilməsi;
- Logistik xərclərin şirkətin sisteminə daxil edilməsi prosesinin idarə edilməsi;
- Yüklər üçün nəqliyyat vasitələrinin seçilməsi, araşdırılması və prosesin idarə edilməsi;
- Sifarişlərin yüklənməsi üçün lazım olan sənədlərin hazırlanması və prosesin idarə edilməsi;
- Gömrük paket sənədlərinin hazırlanması prosesinin idarə edilməsi;
- Müqavilələr üçün məlumatların proqrama yüklənməsi və prosesin idarə edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ünsiyyət bacarığı;
- Punktuallıq;
- Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Rus dili yüksək səviyyədə, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..
Biz nə təklif edirik?
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici logistika üzrə mütəxəssis” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.rə amizədin hazı