Pərakəndə satış və müştəri xidmətləri

Azerbaijan Airlines

Hava Limanı Duty Free zonasında - Brend məhsullarının satışı üzrə məsləhətçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-11

Vəzifə öhdəlikləri:

  • Hava limanında aviasərnişinlərə brend məhsullarının seçimində kömək etmək, onların təyinatı, istifadə qaydaları, zəmanəti, keyfiyyəti barədə dolğun məlumat vermək;
  • Satışı prosedura uyğun rəsmiləşdirmək, aviasərnişinə bütün müvafiq çekləri təqdim etmək;
  • Vitrinlərin və şkafların səliqəsini, merçendayzinqin düzgünlüyünü, uyğun kolleksiyaların düzülüşünü, məhsulların düzgün bölgüsünü təmin etmək.
  • 1C retail modulunda məhsulun referans kodu, qiymətləri, şəkli və ya digər məlumatlarında uyğunsuzluq olduğunda satışı rəsmiləşdirmədən öncə aşkar etmək, tabe olduğu rəhbərinə məlumat vermək;

Əmək şəraiti:

  • Əmək haqqı: 850 AZN (gross);
  • İş rejimi: 2 növbəli rejim (08:00-20:00; 20:00-08:00)
  • İlk iki ay staj müddəti(ödənişli)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat ilə təmin etmə.
  • Geyim forması ilə təmin olunma.

Tələblər

  • Təhsil: Orta təhsil;
  • Yaş həddi: 20 - 35 yaş;
  • İş təcrübəsi: 1 ilədək;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini danışıq səviyyəsində bilmək (B1-B2);
  • Xoş və görkəmli görünüşlü;
  • Satış bacarığı olan, müştərilərlə ünsiyyətdə gülərüz və rahat;
  • Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;
  • Gecə növbəsində işləyə bilmə.