Pərakəndə satış və müştəri xidmətləri

Azerbaijan Airlines

Satış əməliyyatları və Karqo satışı Şöbəsi / Biznes Analitik

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-31

Təsvir

  • Satış performansı, müştəri davranışı və bazar tendensiyaları daxil olmaqla müxtəlif mənbələrdən məlumat toplamaq və analiz etmək;
  • Gələcək tendensiyalar və müştəri davranışını proqnozlaşdırmaq üçün statistik analiz və modelləşdirmədən istifadə etmək;
  • İdarəetmə üçün strateji qərar qəbul etmə məqsədilə məlumat anlayışlarını və təkliflərini təqdim etmək;
  • Məlumat analizi alətləri (SQL, Python,) və məlumat vizuallaşdırma platformalarında (Power BI, Tableau) işləməyi bacarmaq;
  • Satış və marketinq komandaları ilə əməkdaşlıq edərək məlumat əsaslı satış strategiyalarını inkişaf etdirmək.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Proqram bilikləri: Microsoft Office proqramlarında işləməyi bacarmaq;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
  • Üsiyyət Bacarıqları (Yazılı və Şifahi)
  • Danışıqların Aparılması Bacarığı
  • Qərar Vermə Bacarığı
  • Problemi Həll etmə Bacarığı
  • Təqdimat Bacarıqları
  • Öyrənmə Qabiliyyəti
  • İşə Uyğunlaşma Qabiliyyəti
  • Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı
  • Komandada İşləmə Bacarığı

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

İş qrafiki:

  • 09:00-18:00 (Həftə içi 5 gün)

Vakansiya haqqında

Son tarix Oktyabr 30, 2024

Paylaşılıb Oktyabr 11, 2024

Vakansiya növü Tam ştat