Uçuş heyətinin planlaşdırılması şöbəsinin mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-05
Uçuş heyətlərinin, pilot və təyyarə bələdçilərini təyyarə tipləri üzrə uçuşlarını planlaşdırmalı, onların gündəlik və aylıq uçuş və iş qrafiklərini tərtib etməli.
Vəzifə öhdəlikləri:
- “Azərbaycan Hava Yolları”na məxsus uçuşları uçuş heyətləri və təyyarə bələdçiləri ilə təmin etmək ;
- Uçuş planları barədə pilot və təyyarə bələdçilərinə məlumatların sms və e-mail vasitəsi ilə çatdırılmasını təmin etmək;
- Pilot və təyyarə bələdçilərinin iş və istirahət vaxtlarına nəzarət etmək;
- Uçuş heyətlərinə aid olan məlumatların SMS vasitəsi ilə onlara göndərmək;
- Uçuş sənədlərinin bitmə müddətləri haqqında aylıq hesabat hazırlamaq;
- Vizaların hazırlanmasını təmin etmək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Bayram və matəm günləri qeyri-iş günüdür;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblər:
- Ali təhsil ;
- Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Word (yaxşı səviyyədə) ;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı);
- Detallara diqqət yetirmək bacarığı;
- Hesabat hazırlama bacarığı.
- Digər dil biliyi olanlara üstünlük verilir.