Yanacaq-sürtkü materiallarına nəzarət və keyfiyyət üzrə texnik
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-02
Təsvir
- Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitində nəzarəti yerinə yetirmək;
- Süzgəclərdə təzyiq fərqinə nəzarət etmək, çöküntünü yoxlamaq və onların vaxtlı-vaxtında dəyişilməsini təşkil etmək və həyata keçirmək;
- Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
- Aviasiya yanacaq sürtkü materiallarını fiziki və kimyəvi analizlərini yerinə yetirmək və keyfiyyət pasportlarını tərtib etmək;
- Yanacaq-sürtkü materialları anbarı avadanlıqlarına texniki xidmət göstərmək və onları istismar etmək;
- Çənlərdən, yanacaqdolduranlardan, yanacaqdaşıyandan, yanacaq doldurma stansiyasından, taralardan və s. yanacaq sürtkü materiallarının və xüsusi mayelərin problarının götürülməsini həyata keçirmək;
- Aviayanacaq və yağların təmizliyini, aviakerosinin tərkibində kristallaşmaya qarşı mayelərin və distillə edilmiş suda duzların olmasını təyin etmək;
Tələblər
- Təhsil: Bakalavr/Peşə ilə bağlı (Azərbaycan Dövlət Neft və Sənaye Üniversiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Üniversiteti(kimya fakultəsi) məzunları, kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
- İş təcrübəsi: minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili – Səlis; İngilis dili - orta; Rus dili – orta (üstünlükdür);
- Kompyuter bilikləri: Word, Excel, Outlook, PowerPoint;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
İş rejimi:
- Həftə içi 5 gün, növbəli (gündüz/gündüz)
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
Son tarix dekabr 1, 2024
Paylaşılıb noyabr 21, 2024
Vakansiya növü Tam ştat