Mühəndislik

Azerbaijan Airlines

Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri üzrə Aparıcı Mühəndis-İnspektor

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-12

Təsvir

Fövqəladə hallar üzrə:

  • Qəza Əməliyyat Mərkəzi və Səyyar Komanda məntəqələrinin fövqəladə hallara hazırlıq vəziyyətini daimi nəzarətdə saxlamaq.

Qəza şəraiti yarandıqda:

  • Qəza-Xilasetmə Komandasına daxil olan qurumlar arasında fəaliyyətin kordinasiyasında iştirak etmək;
  • toplanma məntəqəsində qüvvə və vasitələrin fəaliyyətlərini tənzimləmək;
  • toplanma məntəqəsində yoxlama vərəqələrinə uyğun nəzarəti həyata keçirmək;
  • yol verilən nöqsanları aşkar etmək;
  • fəaliyyət istiqaməti üzrə rəsmiləşdirilmə və məlumatların hazırlanmasında iştirak etmək.

Təlimlər:

  • Qəza şəraiti və yanğın təhlükəsizliyi mövzusunda təlimlərin planlarının hazırlanmasında iştirak etmək;
  • təlimlərin təşkili ilə bağlı prosedurların həyata keçirilməsində iştirak etmək;
  • təlimlərdə iştirak etmək;
  • təlimin nəticələrinin aktlaşdırılmasında iştirak etmək. 

Yanğın təhlükəsizliyi üzrə:

  • Hava limanında yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək, aşkar olunmuş nöqsanlıarın aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri icra etmək.
  • təxliyyə yollarının və od söndürmə vasitələrinin istismara yararlılıq vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı yoxlamalar keçirmək;
  • xidmət təminatçıları, sərnişinlər və digər şəxslər tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını almaq.

Fəaliyyəti tənzimləyən sənədlərin hazırlanması üzrə:

  • Fövqəladə hallar üçün fəaliyyət planının hazırlanmasında iştirak etmək;
  • Planın razılaşdırılması və icra vəziyyətinə nəzarətin həyata keçirilməsində iştirak etmək.
  • Yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyəti tənzimləyən sənədlərin hazırlanmasında iştirak etmək. 

Təlimatlandırma üzrə:

  • Direktor tərəfindən təsdiq olunmuş “Proqram” əsasında yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə xidmət təminatçıları ilə dövrü təlimatlandırılmalar keçirmək.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Proqram bilikləri: Microsoft Office; Outlook;
  • Üsiyyət bacarıqları (Yazılı və şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı;