Maliyyə xidmətləri

Azerbaijan Maritime Engineering and Construction

Mühasib (Restoran sahəsi üçün)

Əmək haqqı: Müsahibə əsasında
İş yeri: Lux Catering MMC
Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küç 52C
İş qrafiki: 5 günlük (09:00-18:00)
Yemək şirkət tərəfindən qarşılanır.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanması;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının vaxtında və düzgün aparılması;
  • Statistika hesabatlarının verilməsi;
  • Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi
  • İnternet Banking vasitəsi ilə əməliyyatların aparılması (yerli və xarici köçürmələrin, büdcə ödənişlərinin həyata keçirilməsi, kartların sifarişi)
  • Debitor və Kreditorlarların izlənilməsi və növbəti ayda üzləşmə aktlarının tərtib olunması
  • Bank və kassa əməliyyatlarının icra edilməsi və digər mühasibatlıq əməliyyatlarının icrası.

Tələblər:

  • Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
  • İngilis dili biliyi;
  • Əla kompüter bilikləri (Microsoft Office), 1C 8.3 ;
  • Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Restoran sahəsində 3 illik mühasibatlıq təcrübəsi.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) elektron poçt ünvanına göndərə bilərlər.

Daha çox blog yazılarımız:

[moreBlogs]