Risk supervisor / Risklər üzrə supervayzer
Duties
- Designing and implementing an overall risk and incident management process for the organisation
- Regular execution of Risk Control Self Assessments (RCSA);
- Analyze data to better understand potential risks, concerns, and outcomes of decisions;
- Aggregate data from multiple sources to provide a comprehensive assessment
- Collaborate with other team members to effectively analyze and present data;
- Provide timely support for all risk owners;
- Manage Incident Management System and collection of internal loss database;
- Initiate and lead meetings and discussions related with risks and incidents to define root cause, gathering required resources to remediate the issues as quickly as possible;
- Continuously review the status and breach of risk tolerance and limits of Risk Appetite Statement (RAS);
- Development of risk management related normative documentation;
- Review new and existing normative documents and products of the company - checking potential risk occurrence;
- Resolve Key Risk Indicator breaches with risk owners;
- Preparation of risk reports/dashboards;
- Risk reporting tailored to the relevant audience. (Educating the board of directors about the most significant risks to the business; ensuring business heads understand the risks that might affect their departments; ensuring individuals understand their own accountability for individual risks)
- Participation in projects related with risk management.
- Continuous monitoring of operations and analyzing possibility of risks occurrence;
Requirements
- Bachelor’s degree;
- At least 4 years of experience as an analyst in a similar company or related field;
- Demonstrated ability to prioritize tasks and meet daily deadlines;
- Strong written & verbal communication skills to work with managers & other risk owners;
- Ability to manage multiple projects at the same time to complete work;
- Critical thinking skills with the ability to independently solve problems;
- Quantitative & analytical skills with a demonstrated ability to understand new analytical concepts;
- Presentation and organisational skills; Team Player;
- Language skills - Azerbaijani, English, and Russian.
- Computer skills - Proficient in MS Office (Word, Excel (high level), &PowerPoint).
Note
-
Interested candidates may apply for the role by sending resume to email address, mentioning "Risk Supervisor" in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.
Vəzifə öhdəlikləri
- Təşkilat üçün ümumi risk və insidentlərin idarə edilməsi prosesinin layihələndirilməsi və icrası
- Mütəmadi olaraq Risklərə Nəzarət üzrə Özünü Qiymətləndirmənin (RCSA) aparılması;
- Potensial riskləri, problemləri və qərarların nəticələrini daha yaxşı başa düşmək üçün məlumatların təhlili;
- Hərtərəfli qiymətləndirmə üçün müxtəlif mənbədən məlumatların toplanması;
- Məlumatları səmərəli şəkildə təhlil və təqdim etmək üçün digər komanda üzvləri ilə qarşılıqlı əməkdaşlıq;
- Bütün risk sahiblərinə vaxtında dəstəyin verilməsi;
- İnsidentlərin İdarə Edilməsi Sistemini və daxili itkilər bazasının toplanmasının idarə edilməsi;
- Problemləri mümkün qədər tez həll etmək məqsədilə lazımi resursların bir araya toplanması ilə, əsas səbəbin müəyyən edilməsi üçün risklər və insidentlərlə bağlı görüş və müzakirələrin keçirilməsi və onların idarə edilməsi;
- Status və Risk tolerantlığı və Risk İştahı Hesabatı (RAS) üzrə limitlərinin pozulma hallarının davamlı olaraq nəzərdən keçirilməsi;
- Risklərin idarə edilməsi üzrə normativ sənədlərin işlənib hazırlanması;
- Şirkətin yeni və mövcud normativ sənədlərinə və məhsullarına nəzarət - potensial risklərin nəzərdən keçirilməsi;
- Əsas Risk Göstəriciləri ilə bağlı pozuntuların risk sahibləri ilə birlikdə həll edilməsi;
- Risk hesabatları/deşbordların işlənib hazırlanması;
- Müvafiq auditoriyaya uyğunlaşdırılmış risk hesabatı. (Direktorlar Şurasının biznes üçün ən əhəmiyyətli risklər haqqında məlumatlandırılması; biznes rəhbərlərinin onların şöbələrinə təsir edə biləcək riskləri başa düşmələrinin təmin edilməsi; fərdi işçilərin risklər üzrə məsuliyyətlərini başa düşmələrinin təmin edilməsi)
- Risklərin idarə edilməsi ilə bağlı layihələrdə iştirak.
- Əməliyyatların davamlı monitorinqi və risklərin baş vermə ehtimalının təhlil edilməsi;
Tələblər
- Bakalavr dərəcəsi;
- Oxşar şirkətdə və ya əlaqəli sahədə analitik vəzifəsində ən azı 4 il iş təcrübəsi;
- Tapşırıqları prioritetləşdirmək və onları vaxtı-vaxtında icra etmək bacarığı;
- Menecerlər və digər risk sahibləri ilə ünsiyyət qurmaq üçün güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- İşi yerinə yetirmək üçün birdən çox layihəni eyni vaxtda idarə etmək bacarığı;
- Problemləri müstəqil şəkildə həll etmək bacarığı və tənqidi təfəkkür bacarıqları;
- Yeni analitik anlayışları başa düşmək qabiliyyəti ilə yanaşı riyazi və analitik bacarıqlar;
- Təqdimat bacarıqları; Yaxşı şəxsi keyfiyyətlər və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və İdarə etmək bacarığı; Dil bilikləri - Azərbaycan, ingilis və rus dilləri.
- Kompüter bilikləri - MS Office (Word, Excel (yüksək səviyyə) və PowerPoint) proqramlarında işləmək bacarığı.
Qeyd
Maraqlanan namizədlər email ünvanına “Risklər üzrə Supervayzer” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.